Aqrar Sığorta Fondu tərəfindən indiyədək (2022-2025-ci illər) Şamaxı rayonunda fermer və təsərrüfatlara 260 min 089 manat sığorta haqqı ödənilib.
FED.az xəbər verur ki, Şamaxı fermerlərinə - 2022-ci ildə 29,7 min manat, 2023-cü ildə 39,8 min manat, 2024-cü ildə 177,4 min manat sığorta ödənişi edilib. 2025-ci ilin ilk 6 ayında Şamaxıda 13,2 min manat ödəniş edilib.
Xatırladaq ki, Aqrar Sığorta Fondu üzüm sahələrini: dolu, fırtına, qasırğa, sel-subasma, leysan, vəşhi heyvan və quşların hücumu, 3-cü şəxsin hərəkətlərindən və sair hadisələrdən qoruyur.
Sığorta haqqına 50% dövlət dəstəyi mövcuddur, yəni sığorta haqqının yarısını fermerə dəstək üçün dövlət özü ödəyir. Nəticədə 1000 manatlıq üzüm məhsulunu sığorta etmək cəmi 15,7 manata başa gəlir.
Aqrar Sığorta Fondu vasitəsilə təkcə üzüm məhsulunu deyil, üzüm tingləri və ayraca olaraq bar verən ağacları da sığorta etmək mümkünd