RU

"Putin və Tramp Krımda görüşə bilərlər"

Krım Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün növbəti görüş üçün simvolik yerdir.

Missiya.Az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Krım parlamentinin rəhbəri Vladimir Konstantinov deyib. 

"Krım çox simvolik yerdir. Yarımada ilə bağlı danışıqların aparılması avtomatik olaraq Krımın Rusiya statusunun tanınması deməkdir," - o vurğulayıb. 

Xatırladaq ki, sentyabrın 10-da Tramp yaxın günlərdə Putinlə telefon danışığı aparacağını bildirib . Ağ Ev rəhbərinin sözlərinə görə, onun Rusiya lideri ilə söhbəti bu həftə və ya gələn həftənin əvvəlində baş tutacaq. 

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, hazırda iki prezident arasında gələcək telefon danışığı ilə bağlı razılaşma yoxdur. 

Nurlana ƏhmədovaMissiya.Az

Избранный
33
6
missiya.az

9Источники