RU

Çarli Kirkin qətli ABŞ da siyasi gərginliyi artırdı

ain.az, Dogru.az portalına istinadən məlumat verir.

Mühafizəkar fəal Çarli Kirkin öldürülməsindən sonra ABŞ-da sağ düşərgədə narahatlıq daha da güclənib.

Doğru.az xəbər verir ki, Reuters-in məlumatına görə, silahlı şəxs hələ də azadlıqdadır və axtarışlar davam etdirilir.

Agentliyin yazdığına görə, sağçı fəallar və ABŞ prezidenti Donald Trampın tərəfdarları hadisədə siyasi rəqiblərini ittiham edərək cavab tədbirlərinə çağırırlar. Tramp isə daha əvvəl Kirkin ölümündə “radikal solları” günahlandırıb.

Digər tərəfdən, Demokratlar zorakılığı kəskin şəkildə pisləyib və təmkin nümayiş etdirməyə çağırıblar.

Xatırladaq ki, FTB bir neçə gün öncə qətldə şübhəli bilinən şəxsin qaçarkən çəkilmiş görüntülərini ictimaiyyətə təqdim etmişdi.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
1
dogru.az

2Источники