Bu ilin yanvar-avqust aylarında ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 faiz artaraq 9 287,8 milyon manat olub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hüquqi şəxslər tərəfindən əhaliyə 6 975,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edib.