RU

İcra hakimiyyətinin işçilərini təhqir edən şəxs həbs edildi- Ucuz paltar almaq istəyib

Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi aksiyada iştirak edən vətəndaş həbs edilib. Buna səbəb vətəndaşın icra hakmiyyəti əməkdaşlarını təhqir etməsi göstərilir.

Musavat.com xəbər verir ki, icra hakimiyyəti “Ağcabədi Mall” univermağında sosial aksiya təşkil edib. Aksiya zamanı müxtəlif məhsullar ucuz qiymətə təklif olunub.

1985-ci il təvəllüdlü Ağcabədi rayonun Şotlanlı kənd sakini Fərid Rəsulov (ad və soy ad şərtidir) da aksiyada iştirak edib. O, bir neçə məhsul götürüb. Lakin icra hakimiyyətinin əməkdaşları ona xəbərdarlıq edib. Bildiriblər ki, aksiyada təklif edilən məhsullardan almaq limitlidir. Buna görə də ondan götürdüyü paltarların bir hissəsini qaytarmasını istəyiblər.

Mübahisə zamanı Fərid Rəsulovun icra hakimiyyətinin əməkdaşlarını təhqir etdiyi bildirilir. 40 yaşlı Rəsulov xırda xuliqanlıqda ittiham olunaraq məhkəmənin qərarı ilə 4 gün müddətinə həbs edilib.

İ.Muradov
Musavat.com

Избранный
42
musavat.com

1Источники