RU

Aqrar Sığorta Fondu Şamaxıda 260 min manat sığorta ödənişi edib

Aqrar Sığorta Fondu 2020-ci ildə fəaliyyətə başlayandan indiyədək ölkə fermerlərinə 18 milyon manatdan artıq sığorta ödənişi edib. 

FED.az xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun nümaynədəsi bu gün Şamaxı rayonunda keçirilən «Üzüm Festivalı» və «Aqrar sahəyə dövlətin maliyyə dəstəyi» mövzusunda panel dinləmələrində məlumat verib.   
Tədbirdə bildirilib ki, Fond bu dövrdə üzüm sahələrinə dəyən zərərlər üzrə 168 min 182 manat ödəniş edilib. Üzüm sahələri üzrə sığorta ödənişləri Şamaxı, İsmayıllı, Beyləqan, Tovuz və Qax rayonlarının fermerlərinə edilib. 
Üzüm sahəsi üzrə ən böyük ödəniş isə Şamaxı rayonunda həyata keçirilib – 154 min 420 min manat. 

Tədbirdə bildirilib ki, ümumilikdə Aqrar Sığorta Fondu tərəfindən indiyədək (2022-2025-ci illər) Şamaxı rayonunda fermer və təsərrüfatlara 260 min 089 manat sığorta haqqı ödənilib. 
Şamaxı fermerlərinə - 2022-ci ildə 29,7 min manat, 2023-cü ildə 39,8 min manat, 2024-cü ildə 177,4 min manat sığorta ödənişi edilib. 2025-ci ilin ilk 6 ayında Şamaxıda 13,2 min manat ödəniş edilib. 
Xatırladaq ki, Aqrar Sığorta Fondu üzüm sahələrini: dolu, fırtına, qasırğa, sel-subasma, leysan, vəşhi heyvan və quşların hücumu, 3-cü şəxsin hərəkətlərindən və sair hadisələrdən qoruyur. 
Sığorta haqqına 50% dövlət dəstəyi mövcuddur, yəni sığorta haqqının yarısını fermerə dəstək üçün dövlət özü ödəyir. Nəticədə 1000 manatlıq üzüm məhsulunu sığorta etmək cəmi 15,7 manata başa gəlir. 
Aqrar Sığorta Fondu vasitəsilə təkcə üzüm məhsulunu deyil, üzüm tingləri və ayraca olaraq bar verən ağacları da sığorta etmək mümkündür.

Избранный
15
1
fed.az

2Источники