“Bakı Metropoliteni” QSC qiymət və tarifləri artırmaq və ya azaltmaq səlahiyyətinə malik deyil.
KONKRET.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında sədrin müşaviri Emil Əhmədov deyib.
O bildirib ki, ümumi gedişhaqqı artmayacaq, lakin gələcəkdə diferensial qiymət tətbiqi mümkün ola bilər: “Bu, gündəmdə olan məsələdir, lakin müvafiq infrastruktur işləri tamamlanmalı və ödəniş sistemi hazır olmalıdır. Hazırda yekun qərar yoxdur.”