RU

“Şou-biznesin ən bahalı geyimləri – Kim milyonluq zinətlərlə səhnəyə çıxır?

Azərbaycan şou-biznesində bəzi ulduzlar səhnədə və gündəlik həyatda bahalı libas və aksesuarları ilə seçilir.

Hurriyyet.az ən bahalı brend geyimləri və zinət əşyaları ilə diqqət çəkən müğənniləri təqdim edir.

Röya Ayxan 

Xalq artisti Röya Ayxan lüks geyim və zinət əşyaları ilə tanınır. 2025-ci ildəki bir səhnə çıxışında onun geyimi və aksesuarlarının dəyəri ümumilikdə 129 960 ABŞ dolları (təxminən 220 932 AZN) olub.

“Elisabetta Franchi” donu – 1 060 $

“Giuseppe Zanotti” ayaqqabısı – 1 100 $

“Bulgari” boyunbağı – 82 000 $

“Bulgari” sırğa – 26 300 $

“Bulgari” üzük – 19 500 $

Bu bahalı dəst sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.

Aygün Kazımova

Pop divası Aygün Kazımova tez-tez “Dolce & Gabbana” və “Balenciaga” kimi brendləri seçir. 2021-ci ildə radioda iştirak edərkən onun geyim dəsti 3 370 ABŞ dolları (~5 729 AZN) dəyərində olub:

“Dolce & Gabbana” kurtka – 1 195 $

“Dolce & Gabbana” tayt – 795 $

“Balenciaga” çanta – 1 380 $

Ədalət Şükürov

Əməkdar artist Ədalət Şükürov bahalı aksesuar sevən ifaçılar arasındadır. Onun “Jaeger-LeCoultre” qol saatı 8 680 ABŞ dolları (təxminən 14 756 AZN) dəyərindədir. Şükürov həmçinin “Love Moschino” və “Palm Angels” brend geyimləri ilə də görünür.

Ayan

Ayan bahalı libas geyinmədiyini desə də, zinət əşyaları ilə diqqət çəkir. Onun bir məclisdə taxdığı qızıl qolbağın qiyməti 32 000 avro (təxminən 59 184 AZN) olub.

Oksana Rəsulova

Rəqqasə və aktrisa Oksana Rəsulova geyimlərinin çoxunun əl işindən ibarət olduğunu deyir. Onun ən bahalı səhnə libası isə 3 000 AZN-dir.

Günel Zeynalova

Müğənni “Gucci” markalı libası ilə diqqət çəkmişdi. Onun geyimi 5 000 AZN dəyərində olub və sosial şəbəkələrdə müzakirə obyektinə çevrilmişdi.

Səfurə Əliyeva

Səfurə Əliyeva dəbdəbəli aksesuarlara üstünlük verir. Onun bir məclisdə taxdığı “Valentino Garavani” brend çantanın qiyməti 6 247 AZN olub.

Diana

Diana “ALEX PERRY” brendinə aid donla görünüb – qiyməti 3 609 AZN. Onun digər dəsti isə “Dolce & Gabbana” brendindən olub:

Çanta – 3 350 AZN

Qalın üst geyimi – 6 777 AZN

Çəkmələr – 2 119 AZN

Ümumilikdə Diana üzərindəki geyimlərin qiyməti 15 855 AZN təşkil edib.

Избранный
9
2
hurriyyet.az

3Источники