RU

Cəmiyyət elə bilir ki, biz problemi başa düşmürük  - Emin Əmrullayev

Hərdən bizə deyirlər ki, niyə təhsili tənqid edirsiniz, təhsili düzəldin. Biz də deyirik ki, birinci problemi başa düşməliyik, cəmiyyət də, biz də eyni yerdə olmalıyıq. Bəzən cəmiyyət elə bilir ki, biz problemi başa düşmürük. 

Ölkə.az xəbər verir ki, bunu “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev qeyd edib. 

O qeyd edib ki, bu barədə Milli Məclisdə də müxtəlif ictimai dinləmələr olacaq.

"Problemimiz odur ki, dərsliklərin məzmununa baxılmalıdır. Bu problem nazirlikdən qaynaqlanmır. Məsələn Azərbaycan tarixi kitablarını dili həmin yaş kateqoriyalarına aid uşaqların başa düşəcəyi dildə deyil. Amma problem tək bu deyil, 11-16 yaşında birinin anlaşıqlı, aydın dildə olan hekayəyə ehtiyacı var ki, o küçədə belə birinə tarixi danışa bilsin. Bizim tarix kitablarımızın əksəriyyəti sadəcə tarixi faktların arıdıcıl olaraq sıralanması və təsvirindən ibarətdir. Azərbaycan dili dərsliklərində külli miqdarda dil qaydaları var, amma oxuyub anlamaqla bağlı problemlər var. 10 yaşına çatan birinin ən yaxşı halda 4-dən 1-i oxuduğunu anlamır və bu 9-cu sinifə gələndə daha da artır, getdikcə problem böyüyür. Bizə bunu dəyişmək üçün mütəxəssislər lazımdır, onlar bizimlə eyni yerdə deyillər”, - nazir bildirib.

Избранный
3
5
olke.az

6Источники