RU

Qarabağ Kopenhagen matçına qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlandı

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) matçını izləmək istəyən qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti 200 Danimarka kronu (təxminən 53 manat) olacaq. Azarkeşlər vauçer alaraq onları matç zamanı biletə dəyişəcəklər.

Qeyd edək ki, "Qarabağ" Danimarka təmsilçisi ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda üz-üzə gələcək. Görüş oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
18
unikal.az

10Источники