RU

Pensiya yaşına çatmamış vəfat edənlərin yığılan kapitalı KİMƏ VERİLƏCƏK? - AÇIQLAMA

“Pensiya yaşına çatmayan vətəndaşın pensiya kapitalının bir hissəsini istifadəsi ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında da təkliflər təqdim olundu. Bəzi hallarda bir sıra vətəndaşlarımız pensiya yaşına çatmamış, yaxud bir neçə il pensiya aldıqdan sonra qısa müddətdə dünyasını dəyişirlər. Buna görə də iclasda təklif olundu ki, bu kapitalın 30%-i vəfat edən şəxsin vərəsəsi kimi ödənilsin”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov deyib.

Vüqar

Deputat bildirib ki, dünya praktikasında pensiya kapitalının istifadəsi ilə bağlı fərqli yanaşmalar var: “Kapitalın bir hissəsi fərqli istehlak üçün istifadə olunur. Bəzi ölkələrdə mənzil alışı üçün istifadəsinə icazə verilir. Digər tərəfdən Azərbaycanda dünyasını dəyişən pensiyaçının pensiya kapitalını onun həyat yoldaşı, yaxud varsa, əlilliyi olan uşağı, 18 yaşına çatmamış övladı istifadə edə bilir. "Əmək pensiyası haqqında" qanuna əsasən, əlilliyə görə və ailə başçısının itirilməsinə görə pensiya təyin olunur. Sözsüz ki, profil qurum tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra məhz pensiya kapitalının bir hissəsinin bu kimi hallarda vərəsəyə ödənilməsi məsələsi müzakirə oluna bilər. Təbii ki, bunun üçün maliyyə qiymətləndirilməsi önəmlidir. Bütün hallarda bu istiqamətdə islahatların dərinləşməsi müşahidə edilir”.

 

Aytəkin Qardaşova

Tarix: 12 Sentyabr 2025, 13:19   
Избранный
41
2
pravda.az

3Источники