RU

Nura Suri: “Onlara nə qədər yaxşı davransanız da, xeyri olmayacaq”

“Bir insan haqqında “yaxşıdır” və ya “pisdir” demək düzgün deyil”.

“Cebheinfo.az” xəbər verir ki, bunu məşhur müğənni Nura Suri “Facebook” hesabında yazıb.

O, fikrini belə izah edib:

“Çünki insan hamıya eyni münasibəti göstərə bilməz. Siz həmin insanda hansı hissləri oyadırsınızsa, o, sizə qarşı yaxşı və ya pis ola bilir. Münasibətdə insanın həmin anda hormonları və əhvalı da rol oynayır. Buna görə sizə qarşı xoş və ya aqressiv ola bilir. 

Əgər düşünürsünüz ki, insan hamıya yaxşıdır, amma sizə qarşı səbəbsiz aqressivdir, deməli, sizdə olan hər hansısa bir xüsusiyyət ona başqa birini (sevmədiyi birini) xatırladır. Bu, şüuraltı olaraq sizə qarşı pis münasibət yaradır”. 

Onun sözlərinə görə, bəzən isə bu davranış paxıllıqdan da qaynaqlana bilər:

“Onlara nə qədər yaxşı davransanız da, xeyri olmayacaq. Çünki onlar pisliklə yoğrulublar və bildikləri, anladıqları yalnız pislik etməkdir. Belələrinə kömək edə və onları dəyişə bilməzsiniz.

Yalnız uzunmüddətli müalicə nəticə verə bilər. Psixoloji xəstə insan isə xəstə olduğunu anlamadığı və dərk etmədiyi üçün həkimə müraciət etmir. Odur ki, vaxtınızı belə insanlara sərf etməyin”.

Избранный
18
1
cebheinfo.az

2Источники