RU

Bakıda bank kartlarından oğurluq edənlər saxlanıldı

Paytaxtın Nəsimi və Yasamal rayonlarında vətəndaşların birinin avtomobilindən, digərinin isə evindən bank kartları oğurlanaraq hesablarındakı 2355 manat talanıb.

 

Pravda.az DİN-ə istinadən xəbər verir ki, bu barədə zərərçəkən şəxslər polis orqanlarına məlumat veriblər.

 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı E.Həsənova və əvvəllər məhkum olunmuş 37 yaşlı H.Süleymanov saxlanılıblar.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Tarix: 12 Sentyabr 2025, 13:00   
Избранный
7
25
pravda.az

10Источники