RU

Bu ilin 8 ayında pensiya ödənişlərinə 4,7 milyard manatdan çox vəsait yönəldilib

Bu ilin yanvar-avqust aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (416 milyon manat) çox olmaqla 4,734 milyard manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, cari ilin əvvəlindən bütün növ pensiyaların 8,1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimum pensiyanın 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Bu ilin ilk səkkiz ayında 30 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 168 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Избранный
18
10
vergiler.az

10Источники