RU

Şahzadə Harri gözlənilmədən Kiyevə gəldi – Foto

Britaniya şahzadəsi Harri Kiyevə gözlənilməz səfər edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.

Məlumata görə, səfərin məqsədi müharibədə ciddi yaralanan hərbçilərin reablitasiyasını dəstəkləmək və bu istiqamətdə yeni təşəbbüsləri təqdim etməkdir.

“Biz müharibəni dayandıra bilmərik, amma sağalma prosesinə yardım etmək üçün əlimizdən gələni edə bilərik. İnsanları bu müharibənin iştirakçıları ilə empatiya qurmağa sövq etməliyik. Bu səfərin insanların diqqətini yenidən bu reallığa yönəldəcəyinə ümid edirəm”, – Harri bildirib.

Şahzadənin sözlərinə görə, o, ilk olaraq Lvovda yerləşən “Superhumans” adlı travma və reabilitasiya mərkəzinin rəhbəri Olqa Rudniyevanın dəvəti ilə səfər barədə düşünməyə başlayıb:

“Nyu-Yorkda Olqa ilə rastlaşdım və ona nə ilə kömək edə biləcəyimi soruşdum. O dedi ki, Kiyevə gəlmək ən böyük təsir olacaq. Mən bu səfəri əvvəlcə həyat yoldaşımla və Britaniya hökuməti ilə razılaşdırmalı oldum. Sonra rəsmi dəvət gəldi”.

Избранный
22
tribunainfo.az

1Источники