Braziliyalı əfsanə Ronaldinyonun oğlu Joao Mendes karyerasını İngiltərənin “Hall Siti” klubunda davam etdirəcək.
Fanat.Az "pələnglər"in rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Mendes Çempionşip təmsilçisinin U-21 komandasında çıxış edəcək.
Türkiyəli iş adamı Acun Ilıcalıya məxsus olan "Hall Siti" Çempionşipdə mübarizə aparır.
Joao Mendes karyerasına Braziliya "Kruzeyro"sunda başlayıb. O, daha sonra "Barselona” və "Börnli"də də top qovub.