"Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil".
Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, tarix kitablarının çoxu tarixi faktların sıralamasından ibarətdir: "Düşünürəm ki, bu dəyişməlidir. Bu mənim fikrimdir. Biologiya fənni üzrə də dərsliklərimiz beynəlxalq standartlara uyğun deyil, yeni dərsliklər hazırlanmalıdır. Bunu mütəxəssislər etməlidir. Oturub uşaqlara normal dərslik yazmaq lazımdır"./"Qafqazinfo"
Milli.Az