RU

Qırğızıstanın paytaxtında zəlzələ baş verib, Qazaxıstanda da hiss olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qırğızıstanın paytaxtı Bişkekdə zəlzələ baş verib.
Oxu.Az-ın Qırğızıstan KİV-ə istinadən xəbərinə görə, bu barədə Qırğızıstan Mərkəzi Seysmoloji İnstitutundan məlumat verilib.
Məlumata görə, yerli vaxtla saat 13:57-də (Bakı vaxtı ilə 11:57) 4.3 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri Beş-Kungeydən bir kilometr aralıda yerləşib. Yeraltı təkanlar Bişkekdə, eləcə də qonşu Qazaxıstan ərazisində hiss olunub. Bəzi Bişkek sakinləri yeraltı təkanların güclü hiss edildiyini, gurultu ilə müşayiət olunduğunu və daha çox partlayış səsinə oxşadığını bildirirlər.
Hazırda bəzi dəqiqləşdirmə işləri aparılır.
Избранный
51
20
oxu.az

10Источники