RU

“QHT-lər saxta medallara qarşı ictimai qınağı artırmalıdır” –Nadir Azəri

Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi və onları təqdim etməsi ilə bağlı birgə bəyanat yayıb.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri QHT.az-a açıqlamasında bildirib ki, bəzi qeyri-hökumət təşkilatlarının qondarma saxta orden və medallar təsis etməsini cəmiyyət üçün uzun müddətdir narahatlıq doğuran məsələ kimi qiymətləndirib.

"QHT-lərin, ictimai xadimlərin və hətta qazilərin bu məsələyə reaksiyaları zaman-zaman səslənib və belə əməlləri törədənlərin əl çəkməsinə çağırışlar edilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Ədliyyə Nazirliyinin birgə bəyanatı sonuncu xəbərdarlıq xarakteri daşıyır və bu tip təşkilatlar qanunla, həmçinin mənəvi və ictimai baxımdan qəbuledilməz əməllərdən əl çəkməlidirlər".

Sədrlik etdiyi təşkilatın mövqeyini açıqlayan Nadir Azəri əlavə edib:

“Əgər yenə də həmin əməllər davam etdirilərsə, təşkilatlar qanunun sərt üzlü ilə üzləşməli, qanun qarşısında cavab verməlidirlər. Biz QHT-lər olaraq ictimai qınaq və maarifləndirmə prosesini sürətləndirməli, cəmiyyətə saxta orden və medalların həm qəbul edilməsinin, həm də təsis olunmasının qəbuledilməz olduğunu çatdırmalıyıq.”

 

Pərvanə Fərhadqızı

Избранный
31
qht.az

1Источники