RU

Şahzadə Harri Kiyevə gedib

Böyük Britaniya mətbuatı, Ukrayna Silahlı Qüvvələrinin yaralı əsgərlərinə dəstək olmaq üçün, şahzadə Harrinin Ukraynaya getdiyi barədə məlumat verir. 

 "Şahzadə Harri, Ukrayna hökumətinin dəvətiylə Kiyevə gedib. Şahzadə Harri bildirib ki, minlərlə hərbiçinin reabilitasiyasına yardım etmək məqsədiylə əlindən gələni etmək üçün Ukraynaya səfər edib."- deyə The Guardian yazır.

 Ukraynaya səfəri zamanı Şahzadə ilə birlikdə, "İnvictus Fondation" fondunun əməkdaşları da, onu müşayət edir. Onlar yaralı hərbiçilərə dəstək məqsədiylə, yeni layihələrin detallarını müəyyənləşdirəcəklər.

 Rüstəm Hacıyev

Избранный
12
adalet.az

1Источники