RU

“Mahmud Rəhimov” gəmisinin təmirdən sonra ilk səfəri Aktau limanına olub

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Mahmud Rəhimov”universal quru yük gəmisi təmir olunub.

Şirkətdən Trend-ə verilən məlumata görə, prosesçərçivəsində gəminin baş mühərrikləri yenisi ilə əvəz olunub,köməkçi mühərriklər isə təmir edilib.

Bundan başqa, gəminin mexanizmləri, hava kompressorlarısazlanıb. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrikquraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.

Gəminin sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib,yaşayış və xidməti otaqları, anbar qapaqları təmir edilib.

Təmir zamanı rabitə və elektroradionaviqasiya sahəsinə də aidişlər görülüb. Gəmidə müasir, yeni 1 ədəd elektron xəritəquraşdırılaraq, 2 ədəd VHF tipli daşınan əl radiostansiyası ilətəchiz edilib.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər başaçatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və Aktaulimanına doğru ilk səfərə yola salınıb.

Qeyd edək ki, “Mahmud Rəhimov” gəmisinin uzunluğu 117,5, eni16,5 metrdir, onun yükgötürmə qabiliyyəti 4100 tondur.

Məqalədə:
Избранный
17
3
az.trend.az

4Источники