RU

"Özümə sübut etmək istəyirəm ki..." -Osman Nurmaqomedov

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov (92 kq) dünya çempionu olmaq üçün əlindən gələni edəcək.

Fanat.Az xəbər verir ki, milli üzvü bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Osman son hazırlıq prosesini və şanslarını dəyərləndirib:

"İlk növbədə özümə sübut etmək istəyirəm ki, mən dünya çempionu ola bilərəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Türkiyədəki təlim-məşq toplanışı yaxşı keçdi. Hazırlıq prosesində 4-5 komanda iştirak edirdi. Xalça üzərində məşqlərə daha çox yer ayrıldı və səhvlər üstündə işlədik. Bakıdakı təlim-məşq toplanışında isə yoxlama görüşlərinə üstünlük verildi. Zədəsiz başa vurduq. Hər şey yaxşıdır. Uşaqlar da yaxşı formadadırlar. Komandanın əhval-ruhiyyəsi yaxşıdır. Yüksək səviyyədə toplanışlar keçdik. Güləşçilərimiz qələbəyə köklənib".

O, rəqibləri təhlil etdiyini də deyib:

"92 kq-da güclü rəqiblər çoxdur. Zəif-güclü tərəflərini təhlil etmişəm. Onlara qalib gəlməyin yolunu bilirəm. Parter üzərində çalışmalara, ayaqlarla işləməyə, həmçinin görüş sonluğuna da yer ayırmışıq. Bu da yaxşı forma yığmağa imkan verdi. Səhhətim imkan versə və ciddi zədə olmasa, gələcəkdə 97 kq-a keçməyi planlaşdırıram".

Qeyd edək ki, mundial 13-21 sentyabr aralığında keçiriləcək.

Избранный
45
3
fanat.az

4Источники