Bakı, 12 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 faiz artaraq 9 milyard 287,8 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 975,8 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edib.
Bu ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 907,3 manatlıq və ya 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə nominal ifadədə 125,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.