RU

AzTV-nin nümayəndə heyəti “CNN Portugal” telekanalında

AzTV-nin nümayəndə heyəti Brüsseldə “Euronews” və “RTL”, Portuqaliyada isə “TVI”, “CNN Portugal”, “Sociedade Independente de Comunicação” (SIC), “Sport TV” və “Medialivre” telekanallarında səfərdə olub.

Görüşlər çərçivəsində AzTV-nin nümayəndə heyəti Azərbaycan televiziya məkanında film və serial istehsalı sahəsində həyata keçirilən layihələr və gələcək planlar barədə fikir mübadiləsi aparıb, həmçinin telekanalların texniki imkanları, studiyaları, iri həcmli çəkiliş meydançaları ilə yaxından tanış olublar.

AzTV-nin bu səfərlər çərçivəsində əldə etdiyi təcrübə, kanalın qlobal media platformaları ilə əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı Azərbaycanın informasiya məkanında daha keyfiyyətli kontent istehsalına töhfə verəcək.

Избранный
4
4
musavat.com

5Источники