RU

Bu il Bakı-Tbilisi-Ceyhan kəməri ilə 18,3 milyon ton neft ötürülüb

BAKI, 12 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında magistral neft kəmərləri ilə 24566,5 min ton neft nəql edilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 74,7 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-avqust ayları ərzində bu kəmər vasitəsilə 18356,5 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 84,3%-ni və ya 15469 min tonunu Azərbaycanda hasil edilən neft, 15,7%ni və ya 2887,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Избранный
39
teleqraf.com

1Источники