RU

“Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama

“Hər kəs öz verilişində özünü ifadə edir, istər müğənni, istərsə aparıcı olsun. Aparıcı hər şou iştirakçısına eyni sualı vermir, qarşısında “kimin” oturduğunu çox yaxşı bilir və söhbəti ona layiq şəkildə qurur. Hərçənd artıq çoxdan sosial verilişlər belə köklü şou xarakteri alıb və ən əsası, reytinqə hesablanmış istənilən veriliş kameraya daha qalmaqallı, daha anidən yadda qalan səhnələr ötürməyə çalışır”.

Bu sözləri tanınmış teleaparıcı Yusif Ağayev “Yeni Sabah”a açıqlayıb. O, fikirlərinə belə davam edib:

“Bu işdə əlbəttə ki, sosial şəbəkələrin də əvəzsiz rolunu vurğulamaq vacibdir. Əgər verilişdə hər hansı “gözlənilməz” qarşıdurma, “ürəkgetmə”, mübahisə, hətta əlbəyaxa səhnə və ya söyüşə bənzər ifadələr səslənirsə, sosial şəbəkələr dərhal bütün diqqətini ora yönəldir. Bununla həm sosial şəbəkə, həm də veriliş qazanır. Çarəsiz tamaşaçı isə ani olaraq ya heyrət, ya gülüş, ya da asudə vaxtının səmərəli keçməsini qazanır. Pepperoni pizza

Əslində isə burda bir amal var – reytinq! Sponsorun verilişdən üz çevirib getməməsi üçün çəkiliş komandasının əlindən gələni etməsidir. Qəribəsi odur ki, verilişin redaksiyası tərəfindən qurulan bu səhnələrin əsas qəhrəmanı olan eyni sima və eyni iştirakçılar görəsən anlamırlar ki, onların qara qaş-gözlərinə görə yox, qalmaqal və reytinq xatirinə studiyaya dəvət olunublar?

Deyərdim ki, yox! Dərk etmirlər! İştirakçı, şou əhli belə verilişlə ucuz şöhətin abu-havasından məst olub, toy və tədbirlərin artacağına inamla inanır və bu da hardasa özünü doğruldur. Ölkədə istənilən toydan neçə-neçə adam evinə çörək aparırsa, bu da belə qalmaqal yaşayan qəhrəmanlar sayəsində baş verir – restorandan başlayaraq, gözəllik salonuna, taksi sürücüsünə, musiqiçisinə, ofisiantına, park növbətçisinə və s.”.

Müsahibimiz bildirib ki, cəmiyyətimiz təkcə şou əhlindən ibarət deyil:

“Görəsən, barmaqla sayılan bu bir neçə “daimi” veriliş qəhrəmanları bezmədilərmi onlara tuşlanan özəl sualların sayından? (Avtomobil qiymətləri, ləl cəvahirat sandıqçası, kim kimin həyat yoldaşından övlad dünyaya gətirdi, küsüşüb barışdı, ya da sonadək düşmən qaldı…)

Bir neçə gündür Avropanın ən böyük ölkələrindən sayılan İtaliyadan qayıtmışam. İtalyanların vətənimizin uğurlarını necə diqqətlə izlədiklərinin şahidi olmuşam. Azərbaycan hazırda dünyanın qüdrətli, nüfuzlu ölkələri siyahısında öndə gedənlərdəndir. Uğurlarımızın sayı isə hesabı sonsuzdur.

Cəmiyyətimiz isə təkcə bu şou əhlindən ibarət deyil. İstənilən mövzunu, şou əhli olmayan hər hansı şəxsi müəyyən mənada maraqlı aspektdən düşünərək tamaşaçı diqqətinə layiqli bir tərzdə təqdim etmək mümkündür. Bunun üçün isə düşünən beyin, dünyagörüşü, bilik, savad və peşəkarlıq təcrübəsi önəmlidir.

Hər zaman dedim: şəkililərin belə bir məsəli var – “Dəyirman öz işində, çax-çax baş sındırır.” ”

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
18
3
yenisabah.az

4Источники