RU

Elnur Əliyev: "Dinlənilən hər 10 dərsdən yeddisində tədrisin keyfiyyəti zəif olub"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"400 məktəbdə 17 300 dərsdinləmə aparılıb".
Oxu.Az xəbər verir ki, bunu bu gün "2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda keçirilən tədbirdə elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutu direktorunun vəzifələrini icra edən Elnur Əliyev deyib.
O qeyd edib ki, dinlənilən hər 10 dərsdən yeddisində tədrisin keyfiyyəti zəif olub:
"Dərslərin 30%-i kafi və ya yaxşı qiymətləndirilib. Hər 10 dərsdən üçündə müəllimlər vaxt və resurslardan səmərəli istifadə edirlər.
Həmçinin müəyyən olunub ki, şagirdlərin 70 faizi dərsə fəal cəlb olunmur. Hər 10 dərsdən yeddisində formativ qiymətləndirmə düzgün aparılmır.
Rövşən Əsədov
Избранный
61
oxu.az

1Источники