RU

NATO Polşaya soxulan rus PUA-larını vura bilməyib

NATO

Taxta və köpük plastikdən hazırlanmış rus pilotsuz təyyarələri Polşanın hava məkanını zəbt etdikdən sonra bir neçə milyon dollar dəyərində silah sistemləri ilə vurulması NATO-nun belə təhdidlərə hazır olmadığını göstərir.

Reyting.az
“Politico” nəşrinə istinadla xəbər verir ki, NATO-nun hərəkətləri Ukraynanın tipik cavabından qat-qat az effektiv olub.

Alyans 19 pilotsuz təyyarədən üçünü vurub, ukraynalılar isə daha böyük hücumlara baxmayaraq, ruslara məxsus dronların adətən 80-90 faizini məhv edirlər.

Avropa Şurasının baş elmi işçisi Ulrike Franke Rusiyanın dronları ilə NATO-nun bahalı hərbi cavabı arasındakı uyğunsuzluğa diqqət çəkib:

“Nə edək, hər dəfə “F-16” və “F-35” göndərək? Bu, sərfəli deyil. Biz özümüzü əks-dron sistemləri ilə daha yaxşı təchiz etməliyik”.

Nəşr yazır ki, beş pilotsuz təyyarənin NATO bazasına düz xətt üzrə uçduğuna dair sübutlar var. Həmçinin əməliyyata NATO tankeri, İtaliyanın kəşfiyyat təyyarəsi və Almaniyanın “Patriot” hava hücumundan müdafiə sisteminin cəlb olunduğu bildirilir.
Bu avadanlıq ucuz rus “Gerbera” dronlarına qarşı çıxmaq üçün milyardlarla dollar dəyərindədir - istehsalı 10 min dollar olan İran “Şahed”inin nüsxələrinə qarşı belə bahalı silahlardan istifadə uyğunsuzdur.

Ukrayna da qonşu ölkəyə öz yardımını təklif edib. Prezident Vladimir Zelenski hər biri yüz milyonlarla dollara başa gələn ABŞ-nın “MIM-104 Patriot” və Fransa-İtaliya “SAMP/T” hava hücumundan müdafiə sistemlərinin ucuz rus kamikadze dronları ilə mübarizə üçün ağlabatan variant olmadığını vurğulayıb.

Ukrayna rus dronlarının dalğalarına qarşı çıxmaq üçün belə avadanlıqdan istifadə etmir. Əvəzində dronları məhv etmək üçün özünün çox ucuz cihazlarını hazırlayıb.

V. QULİYEV
Избранный
17
1
reyting.az

2Источники