İran İslam Respublikası Pakistanı da İsrailin müttəfiqləri siyahısına qoşdu. Pakistan İsraildən pul alır, əvəzində isə terrorçu qruplaşmaları Əfqanıstan və Türkmənistan ərazisi vasitəsilə Azərbaycana göndərir. Pakistanın qüvvələrinin Azərbaycanda hansı məqsədlə fəaliyyət göstərəcəyi hələ də məlum deyil.
Sülh müqaviləsi paraflanıb. İran prezidenti M. Pezeşkiyan Çində olarkən Azərbaycan Prezidentindən publik şəkildə “barışdınızmı?” soruşdu, Azərbaycan Prezidenti isə “hə” cavabını verdi. Həm Azərbaycan, həm də Ermənistan tərəfindən müharibənin olmayacağına dair dəfələrlə fikirlər səsləndirilib. Bu gün Azərbaycan və Ermənistan ŞƏT-in üzvü olmasalar da yaxın zamanda quruma qoşulacaqları gözlənilir. Bu isə o deməkdir ki, iki ölkə arasında sülhün yeni nəzarətçisi – Çin olacaq. İranın isə əslində Azərbaycana deyil, Pakistana münasibətini göstərmək istədiyi ehtimal olunur.
Pakistan İslam Respublikası İslam prinsiplərinə ciddi riayət edən bir dövlətdir. İran isə Qurani-Kərimin Azərbaycanda təbliğindən belə çəkinir. Çünki Qurani-Kərimdə yəhudilər və xristianlar təxminən bərabər tutulur. İranın yəhudilərə qarşı nifrəti nə qədər güclüdürsə, erməni xristianlarına sevgisi bir o qədər paradoksal görünür. İran yeganə müsəlman dövlətdir ki, xristian Ermənistanla hərbi təlim keçirib, üstəlik şiələrin soyqırımını törətmiş bu ölkəyə 3 milyard dollara yaxın yardım edib.
Pakistanın İslam respublikasına çevrilməsində ABŞ-ın rolu olub. İranın düşüncəsinə görə isə Pakistan Hindistana qarşı yaradılmış dövlətdir. O dövrdə Hindistan ingilislərə etiraz edirdi, buna görə də ingilislər Hindistanı parçalayıb Pakistanı yaratdılar. İranın İslam Respublikası kimi formalaşmasında da ABŞ-ın əhəmiyyətli rolu olub. Nəcəfdə yaşayıb fəaliyyət göstərən S.Ə.Xomeyni uzaqlaşdırıldı, 6 ay Fransada saxlanıldı, mətbuatla çıxış imkanı yaradıldı və nəhayət, ABŞ-ın mühafizəçiləri ilə İrana göndərildi.
Pakistan ərəblərlə İsrail arasındakı müharibələrdə ərəblərə hərtərəfli yardım göstərdiyi halda, İran əksinə İsrailə geniş dəstək verib. Bu gün də Pakistan hərbçilərinin Qəzzada İsrailə qarşı döyüşməsi ehtimal olunur.
Kəşmirdə müsəlman əhali üstünlük təşkil etsə də, İran onun Pakistana birləşməsinə qarşı çıxır, Hindistanın tərkibində qalmasının isə qızğın tərəfdarıdır. Bütün bu məqamlar göstərir ki, İran Hindistana özü ilə İsrail arasında körpü kimi baxır. 12 günlük İsrail müharibəsi başlayanda rəsmi Tehran tərəfindən əfqan şiələri və Hindistan şirkətləri İsrailə casusluq edən qruplar kimi təqdim olundu. Nəticədə əksəriyyəti şiələr olan əfqanlar İrandan qovuldu, amma hindistanlıların fəaliyyət imkanları daha da gücləndirildi.
Pakistan İrandan həm ərazi, həm də güc baxımından daha böyükdür və nüvə dövləti statusuna sahibdir. Bu, İran üçün xoşagəlməzdir. Oxşar məqam isə hər iki ölkənin nüvə proqramının təşəbbüskarının vaxtilə ABŞ prezidenti H.Trumen olmasıdır. SSRİ hidrogen bombası yaratdıqdan sonra ABŞ nüvə silahlarını genişləndirməklə İsrail, İran, Pakistan və Koreyada nüvə proqramlarının əsasını qoydu. Pakistan bu sahədə uğurlu oldu və nüvə bombası yaratdı, İranın nüvə proqramı isə daha çox siyasi blef təsiri bağışlayır.
İran son dövrlərdə Rusiyaya da cavab vermək niyyətindədir. Tarixən anti-Rusiya mövqeyinə sahib olan İran, Rusiya tərəfindən işğal edilmiş torpaqlarını geri qaytarmaq arzusundadır. Rusiya rəsmiləri Rəşt–Astara dəmir yolunun tikintisini sabotaj edib. Hazırda isə Rusiya İran üzərində təsirini artırır. RF-in Nəqliyyat naziri Nikitin yolun RF şirkətləri tərəfindən tikiləcəyini açıqladı. Bundan başqa, Rusiya İranın 20 gəmisini limanlarında saxlayır. Bu, ABŞ sanksiyalarına əməl etmək deyil, İrana qarşı təzyiq mexanizmlərinin hazırlanmasıdır.
İran bu iradlara cavab olaraq təxminən 6–7 ay əvvəl nəzərdə tutduğu planı reallaşdırmağa başladı. Belə ki, Pakistandan 50 min qoşunun Əfqanıstan və Türkmənistan ərazisi ilə Mossadın maliyyəsi hesabına Azərbaycan ərazisinə – yəni Rusiya sərhədinə gətirildiyi haqda analitik yazı dərc edildi. Həmin yazının müəllifi isə rusdur.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 2 dəfə oxunub.