RU

Bakıda ailə qalmaqalı: Kürəkən qayınatasının evinə basqın elədi – TƏFƏRRÜAT

BAKI, 12 sentyabr. TELEQRAF

Bakının Suraxanı rayonunda qayınatasının evinə basqın edən kürəkən həbs edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Şamaxı rayon sakini, 1977-ci il təvəllüdlü Elçin Abdullayev həyat yoldaşı Bahar və qızı Əminənin yaşadığı atası evinə gəlib. Ailə üzvləri ilə dava-dalaş salan Elçin polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun həyat yoldaşı Bahar və qızı Əminə dəfələrlə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng ediblər, E. Abdullayevin içkili vəziyyətdə yaşadıqları evə gəlməsini, onlara narahatçılıq yaratdığını bildiriblər.

Əməliyyat qrupu hadisə yerinə gedib, vətəndaşı polis bölməsinə dəvət ediblər.

İçkili vəziyyətdə olan E. Abdullayev polis əməkdaşlarına nalayiq ifadələr işlədib, söyüşlərlə təhqir edib. Həkim müayinəsindən yoxlanışa aparıldıqda isə həkimə müqavimət göstərib. Bölməyə geri qaytarıldıqda öz həyat yoldaşına vurmaq istəyib.

Onun hərəkətlərinin qarşısını polis əməkdaşları alıb. Lakin o, yenə öz əməllərindən geri qalmayıb, polisin tələblərinə tabe olmayıb.

E. Abdullayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə inzibati qaydada protokol tərtib olunub.

İş üzrə izahat verən təqsirləndirilən şəxs bildirib ki, hər gün içki qəbul etmir, 3-4 gündən bir içki içir, işdə olur: “Uşaqlarım mənim sözlərimə qulaq asmırlar. Bu səbəbdən mübahisəmiz olur. Oğlum gecə saat 2-də “Tik-Tok” sosial şəbəkəsində canlı video açaraq yüksək səslə səhərə qədər danışır, məni yatmağa qoymur. Mən də irad bildirəndə oğlum üzərinə hücum edir, vurmaq istəyir. Qızım da söhbətə qarışıR. Həyat yoldaşım 5-6 aydan çoxdur ki, atası evində yaşayır”.

Təqsirləndirilən şəxs deyib ki, polis əməkdaşlarına dediyi ifadələrə, hərəkətlərə görə üzr istəyib: “Həddən artıq spirtli içki içmişdim. Həkimə isə müqavimət göstərməmişəm. Həyat yoldaşımı vurmaq niyyətində olmamışam. Bəlkə də içkili vəziyyətdə olanda elə bir hadisə olub, yadımda deyil. Ancaq neçə ildir yola getmirik”.

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Избранный
56
43
teleqraf.com

10Источники