RU

Qarabağ üçün gözlənilməz şans UEFA dan VACİB QƏRAR

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

UEFA İcraiyyə Komitəsi cari mövsümdə avrokubokların reqlamentində dəyişiklik edib.

Oxu.Az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Yeni qərara əsasən, klublar əsas mərhələnin 6-cı turuna qədər uzunmüddətli zədə və ya xəstəlik keçirmiş bir oyunçunu müvəqqəti olaraq başqası ilə əvəzləyə bilər.

Bildirilir ki, dəyişikliyin tətbiqinə səbəb komandaların siyahılarında azalmaların qarşısını almaq, həmçinin, futbolçuları əlavə iş yükündən qorumaq istəyidir.

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin ilk oyunlarına sentyabrın 16-da start veriləcək.

Xatırladaq ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" klubunun futbolçusu Nəriman Axundzadə millimizin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə qarşılamasından əvvəl zədələnib. Onun bir ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Onu da əlavə edək ki, yay transfer pəncərəsi çərçivəsində "Qarabağ" klubu hücumçu transferi etməyib. Bu isə azarkeşlərin narazılığına səbəb olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
3
oxu.az

4Источники