RU

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeyevskiy 11 sentyabrda Çexiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya səfirliyi yayıb. Bildirilib ki, səfir Çexiya XİN-in müavini Y.Marian ilə görüş keçirib. Görüşdə Rusiya tərəfinə 10 sentyabr gecəsi Polşa hava məkanının pilotsuz uçuş aparatları (PUA) vasitəsilə "qəsdən pozulması" barədə ittihamlar səsləndirilib.

Rusiya səfiri bu iddiaları qətiyyətlə rədd edərək, Rusiya XİN-in 10 sentyabr tarixli bəyanatına istinad edib. O qeyd edib ki, PUA-ların Rusiya Silahlı Qüvvələrinə məxsusluğu sübut edilməyib və hadisə ilə bağlı araşdırma hələ də davam edir. NATO Baş katibi M. Rütte də 10 sentyabrda keçirilmiş NATO Şurasının iclasından sonra bu mövqeyi təsdiqləyib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, həmin gecə Kiyev rejiminin hərbi infrastruktur obyektlərinə endirilən zərbələr zamanı Polşa ərazisindəki obyektlər hədəf seçilməyib və istifadə olunan PUA-ların uçuş məsafəsi 700 kilometrdən çox olmayıb. Həmçinin tapılan PUA-ların partlayıcı qurğu ilə təchiz edilmədiyi vurğulanıb.

Zmeyevskiy qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi bu insidentlə bağlı Polşa Müdafiə Nazirliyi ilə, Rusiya XİN isə diplomatik kanallarla məsləhətləşmələr aparmağa hazırdır.

Sonda səfir çex tərəfinə belə sual ünvanlayıb: "Bu insidentdən və onun ətrafında yaradılan isteriyadan əslində kim faydalanır? Əsla Rusiya yox". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
9
1
olaylar.az

10Источники