RU

“Şəki”də hədəf I Liqaya vəsiqədir

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Şəki” Azərbaycan II Liqasına qələbə ilə başlayıb.

Bölgə təmsilçisi debütant “Ağstafa Gəncləri” komandasına qalib gəlib – 2:0. Yay transfer dönəmində heyətini Cavid İmamverdiyev, Nurlan Novruzov, Kamal Mirzəyev kimi Premyer Liqa təcrübəsi olan oyunçularla gücləndirən “Şəki”nin iddiası böyükdür.

Klubun rəhbəri Elgün Hüseynov “Futbolpress.az“a açıqlamasında hədəflərinin I Liqaya yüksəlmək olduğunu bildirdi:

“Komandaya sponsor gəlib. İddiamız I Liqaya vəsiqə verən yerlər uğrunda oynamaqdır. Yanvara qədər oyunlarımızı Bakıda keçirəcəyik. Şəkidə stadion təmirdədir. İnşallah, qışdan sonra öz rayonumuza qayıdacağıq və rəqiblərimizi azarkeşlərimiz önündə qəbul edəcəyik”.

“Şəki” II turda “Araz-Saatlı”nın qonağı olacaq. Matç sentyabrın 14-də baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
futbolpress.az

1Источники