RU

Bakıda qadın xaricə getmək istəyən ərini həbs etdirdi

Bakıda qadın xaricə getmək istəyən ərini həbs etdirib.

Tribunainfo.az  xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

Qəsəbə sakini Soltan Məmmədov (soyadı şərtidir) 2011-ci ildə Vüsalə ilə ailə həyatı qurub və onların birgə nikahdan 3 övladı olub. Soltan bir müddətdən sonra işləmək üçün Albaniyaya gedib və orada işləyib, ailəsinə pul göndərib. Beş aydan sonra Vüsalə ona zəng edərək boşanmaq istədiyini bildirib. Məcburiyyət qarşısında qalan Soltan Azərbaycana qayıdıb və ailənin dağılmasına imkan verməyib. Vüsalə onunla şərt kəsib ki, bir də xarici ölkəyə getsə, məhkəməyə boşanma ərizəsi təqdim edəcək.

Bir neçə gün öncə Vüsalə bazardan qayıdarkən həyat yoldaşının kiminləsə telefonla danışdığını və Soltanın həmin şəxsə Albaniyaya qayıdacağını dediyini eşidib. Ər-arvad arasında mübahisə başlayıb və Soltan Vüsaləni döyüb.

Vüsalə polisə məlumat verib və əraziyə polis əməkdaşları gəliblər. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə Vüsalə bildirib ki, Soltan xarici ölkəyə getmək fikrindən daşınsa, onu bağışlayacaq. Soltan isə bildirib ki, Vüsalə onu bağışlasa, yenidən Albaniyaya qazanc dalınca gedəcək.

Qadın buna görə də ərini bağışlamayıb və onun həbs edilməsini istəyib.

 

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə S.Məmmədov 3 ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Избранный
29
6
tribunainfo.az

8Источники