RU

Hüquq-mühafizə orqanları idmançılar arasında baş verən insidentlə bağlı araşdırma aparır

Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən milli komandadan uzaqlaşdırılan Şamil Tuncayın atası Zəfər Şamilovun iddiası ilə əlaqədar hüquq-mühafizə orqanları araşdırma aparır...

Pravda.az-ın məlumatına görə, Federasiyanın nümayəndələri və Ş.Tuncay fiziki şiddət göstərdiyi iddia edilən komandanın digər üzvü Aslan Kotsoyev dindirilib.

Məsələ ilə bağlı Pravda.az ACF-yə sorğu ünvanlayıb.

Federasiyadan verilən açıqlama belə olub: “Sözügedən insidentlə bağlı hazırda aparılan araşdırmalar nəzərə alınaraq Federasiyanın əlavə şərh və ya məlumat vermək səlahiyyəti yoxdur. Ətraflı və dəqiqləşdirilmiş məlumat üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etməyinizi xahiş edirik. Eyni zamanda məsələ ilə bağlı Federasiya ətraflı bəyanat yayıb. Açıqlama ilə ACF-in rəsmi veb-saytında tanış ola bilərsiniz”.

Xatırlatma: Ş.Tuncayın atası Zəfər Şamilov bir müddət öncə saytımıza müraciətində demişdi ki, iyulun 31-də Makedoniyaya yarışa gedərkən oğlu Şamil ilə komandanın digər üzvü Aslan Kotsoyev arasında kiçik mübahisə yaranıb: “Kotsoyev Şamilə qarşı fiziki şiddət göstərib, güc tətbiq edib və hadisə hava limanının müşahidə kameralarında lentə alınıb. Bütün bu sübutlara baxmayaraq, Cüdo Federasiyasının rəsmiləri Kotsoyev barəsində heç bir tədbir görmədən günahsız oğlumu komandadan uzaqlaşdırma qərarını verdilər. Federasiya rəsmiləri tərəfindən mənə dəfələrlə Aslan Kotsoyevin adının hallandırılmaması ilə bağlı təzyiqlər göstərilib. Qeyd edim ki, 22 iyunda Berlində keçirilən beynəlxalq yarışda oğlum Şamil Aslan Kotsoyevi məğlub edib və həmin tarixdən Kotsoyev oğluma qarşı kinli münasibət sərgiləməkdədir. Bu qalibiyyət hətta baş məşqçi Rüstəm Alimlinin də xoşuna gəlməmişdi və həmin arenada oğluma qarşı soyuq münasibət göstərmişdi”.

Poliqon.info

Избранный
37
1
poliqon.info

2Источники