RU

Dünyada ilk virtual nazir işə başlayıb

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bu barədə Albaniyanın Baş naziri Edi Rama paytaxt Tiranada Sosialist Partiyasının iclasında çıxışı əsnasınd məlumat verib. O vurğulayıb ki, "Diella" (alban dilində "günəş" deməkdir) adlı yeni virtual məmur əsasən dövlət satınalmaları prosesinə cavabdeh sayılacaq. "Diella" hökumətimizin ilk üzvüdür ki, fiziki mənada yoxdur. O, süni intellektlə (Sİ) yaradılıb. "Diella" tenderlərlə əlaqədar qərarları nazirliklərdən kənarda – tamamilə korrupsiyasız, şəffaf və rəqəmsal surətdə verəcək", – Baş nazir söyləyib. Məlumata əsasən, alban milli geyimində avatara və gənc qadın simasına malik "Diella" ölkənin "e-Albania" rəqəmsal hökumət platformasında işləyir. Vətəndaşlar onun vasitəsilə əksər dövlət xidmətlərini onlayn rejimdə alırlar. Bildirilib ki, o, bürokratiyanın maneələrini qırmağa təkan verəcək. Maraqlıdır ki, Edi Rama cəmi bir neçə ay qabaq söyləmişdi ki, ölkədə bir gün rəqəmsal nazir, hətta süni intellektlə işləyən baş nazir vəzifəyə gələ bilər. Əksəriyyət hökumət başçısının sözlərinin belə qısa müddətdə reallaşacağını gözləmirdi. Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
40
2
azvision.az

3Источники