Rusiyanın Sankt-Peterburqun şəhərində yerləşən Pulkovo hava limanı da daxil olmaqla dörd hava limanında gecə saatlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
"İvanovo (Yujnı), Pskov, Pulkovo, Yaroslavl (Tunoşna) hava limanlarında təyyarələrin gəliş-gedişinə gecə saatlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda deyilir.