RU

Ehtiyat hissələri satan şirkət bu il ₼337 min xalis mənfəət əldə edib, ondan ₼50 min səhmdara ayırıb

“Caspian Equipment Company” ASC 2025-ci ilin yanvar-iyun aylarındakı xalis mənfəəti 337 min manat təşkil edib və bundan 50 min manat səhmdarına dividend ayırıb.

Banker.az bunu şirkətin yarımillik maliyyə hesabatına istinadən xəbər verir. Bununla belə, şirkətin ötən ilin müvafiq dövrü üzrə maliyyə göstəriciləri olmadığından müqayisə mümkünsüzdür.

Lakin, 2024-cü ili 1,09 mln. manat xalis mənfəət ilə bitirmsəi onun öncəki 12 aya düşən xalis mənfəətinin bu ilki 6 aydan daha çox olmasına işarədir.

Gəlirlərə nəzər saldıqda, əsas əməliyyat gəlirləri ilin ilk 6 ayında 7.37 mln. manat olub. Bu, ötən ilin on iki ayında 16.90 mln. manat idi.

Şirkətin işçi sayı son bir ildə 50 nəfərdən 54 nəfərə qalxıb. Şirkət işçi heyətinə 682 min manat xərc çəkib.

Xatırladaq ki, “Caspian Equipment Company” ASC 2019-cu ildə təsis edilib və 200 min manat nizamnamə kapitalı var. Şirkətin yeganə səhmdarı Eldəniz Rüstəmov Sabir oğludur.

 

Избранный
48
banker.az

1Источники