ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Polşadakı dron insidenti Ukraynanın Qərb kəşfiyyat xidmətlərinin dəstəyi ilə təşkil edilmiş təxribatı ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu isveçrəli siyasətçi və Cenevrə kantonu parlamentinin üzvü Qay Mettan deyib.
“İstintaqın nə göstərdiyini görəcəyik. Lakin qeyd etdiyim ehtimal da yüksəkdir”, – deyə o bildirib.
Siyasətçinin fikrincə, bu cür müdaxilənin məqsədi ABŞ Prezidenti Donald Trampa yeni anti-Rusiya sanksiyaları tətbiq etmək üçün təzyiq göstərməkdir.
“Bu, həm də Avropa ölkələrinin daxili problemlərindən yayındırmaq məqsədi daşıya bilər”.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.