Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi və onların təqdim edilməsi ilə bağlı birgə bəyanat yayıb.
QHT.az xəbər verir ki, “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova bəzi şəxslər və qurumlar tərəfindən qanunsuz olaraq orden və medalların təsis edilməsinə münasibət bildirib. QHT sədri bu addımların qanunvericiliyə tamamilə zidd olduğunu vurğulayıb:
“Azərbaycan Respublikasının fəxri adları kimi orden və medallar da Azərbaycanın dövlət təltifləridir və dövlət tərəfindən də təsis olunur. Ona görə də qanuna zidd olaraq orden və medallar təsis edənlər qanun qarşısında cavab verməlidirlər”, – deyə o qeyd edib.
Pərvanə Fərhadqızı