RU

"Qanunsuz medalların verilməsi dövlət siyasətinə xələl gətirir" - QHT sədri

Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəzi təşkilatların qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi ilə bağlı birgə bəyanatı ictimai müzakirələrə səbəb olub.

QHT.az xəbər verir ki, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova bəyanatla çıxış edib. QHT sədr son zamanlar bəzi qurumlar və şəxslərin qanunvericiliyə zidd olaraq müxtəlif adlar altında medal və ordenlər təqdim etməsini kəskin şəkildə qınayıb:

“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət mükafatları yalnız ölkə Prezidentinin səlahiyyəti ilə təsis olunur və təqdim edilir. Hər hansı ictimai birlik, fond və ya şəxsin özbaşına medal və ya orden təsis edib verməsi qanunsuz fəaliyyət sayılır və hüquqi məsuliyyət yaradır. Bizim balalarımızın haqqına girməyin”, – deyə Tünzalə Abduləlimova bildirib.

Birlik hesab edir ki, bu cür qanunsuz addımlar:

  • Dövlətin rəsmi təltif siyasətinə xələl gətirir,

  • İctimaiyyətdə çaşqınlıq yaradır,

  • Şəhid ailələrinin, qazilərin və veteranların adından sui-istifadəyə şərait yaradır.

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi yalnız dövlətin təsdiqlədiyi rəsmi mükafatları tanıdıqlarını vurğulayıb və məsul qurumları qanunsuz medalların verilməsi ilə bağlı tədbirlər görməyə çağırıb.

 

Pərvanə Fərhadqızı

Избранный
44
qht.az

1Источники