RU

Xaricdə yaşayan rusiyalıları Sibirə köçürmək planlaşdırılır

BAKI, 12 sentyabr. TELEQRAF

Rusiyanın Sibir federal dairəsində əhalinin sayını sabitləşdirmək üçün tədbirlər görüləcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin sərəncamında deyilir.

Sərəncama əsasən hökumət dairənin 2035-ci ilədək nəzərdə tutulmuş sosial-iqtisadi inkişaf strategiyasına dəyişikliklər edib.

Bununla bağlı Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və regional hakimiyyət orqanlarına xaricdə yaşayan soydaşların regiona aktiv köçürülməsindən irəli gələn vəzifələri yerinə yetirmək tapşırılıb.

Избранный
38
teleqraf.com

1Источники