RU

Dərs oxumaqdan xəstəxanaya düşdü

Ev tapşırığını 1 gündə bitirməyə çalışan uşaq xəstəxanaya yatırılıb.

Milli.Az xəbər verir ki, hadisə Çinin Hunan əyalətində baş verib.

Çində 11 yaşlı Liangliang adlı məktəbli yay tapşırıqlarını bir gündə bitirməyə çalışarkən əl barmaqlarında deformasiya, baş gicəllənməsi və nəfəs darlığı kimi simptomlarla xəstəxanaya yerləşdirilib.

Uşağın ailəsi bildirir ki, Liangliang həmin gün saat 8:00-dan 22:00-dək fasiləsiz tapşırıqları yerinə yetirib. Gecə simptomlar gücləndikdə valideynlər onu dərhal xəstəxanaya aparıblar. Həkimlər diaqnoz qoyaraq bildiriblər ki, bu vəziyyət emosional həyəcan nəticəsində tez və dərin nəfəs alma səbəbindən yaranan tənəffüs pozğunluğudur.

Çangşi Mərkəzi Xəstəxanasının pediatr bölməsi bildirib ki, avqust ayında bu cür simptomlarla 30-dan çox uşaq müraciət edib ki, bu da digər aylara nisbətən on dəfə çoxdur. Həkimlər belə hallarda sakitləşdirici üsullar və nəfəs maskasından istifadəni tövsiyə edirlər.

İsmayıl
Milli.Az

Избранный
45
2
milli.az

10Источники