RU

Əraqçı: Zənginləşdirilmiş nüvə materialı İsrailin zərbələrindən sonra dağıntılar altındadır

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Zənginləşdirilmiş nüvə materialı İsrailin hücumlarından sonra obyektlərin qalıqları altındadır".

Oxu.Az-ın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.

"Bütün materiallarımız bombalanmış obyektlərin qalıqları altındadır", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, İranın Atom Enerjisi Təşkilatı ölkənin Ali Milli Təhlükəsizlik Şurasına məruzə etmək üçün onun vəziyyətini qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
4
oxu.az

10Источники