RU

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz dərəcəsini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz dərəcəsini 250 bənd aşağı endirib.

Banco.azxəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 40,50 faizə endirib.

Bloomberg HT sorğusunda iştirak edən iqtisadçıların proqnozu da faizlərin 250 baza bəndi azaldılaraq 40,50 faiz səviyyəsinə endiriləcəyi istiqamətində idi.

Gecəlik borcvermə faizi 46%-dən 43,50%-ə, gecəlik borclanma faizi isə 41,50%-dən 39%-ə endirilib.

TCMB iyul ayında keçirilən son iclasında isə “son dövrə aid göstəricilər tələbin dezinflasiya təsirinin artdığını göstərir” deyərək, faiz dərəcələrini gözləntilərin üzərində – 300 baza bəndi aşağı salmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
52
1
banco.az

2Источники