RU

“Rehabus” layihəsi üzrə 2,2 min nəfər əlilliyi olan şəxsə xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi çərçivəsində əlilliyi olan 2,2 min şəxsə xidmət göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2022-ci ildən icrasına başlanılan layihə Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmağa xidmət edir.

Layihə həmin şəxslərin müvafiq reabilitasiya müəssisəsinə asan, rahat şəkildə çatmasını təmin edir. Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda əvvəlcədən təyin edilmiş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək paytaxtdakı 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.

Reabilitasiya proseduru bitdikdən sonra isə onlar yenidən geri qaytarılırlar.

Избранный
3
11
yeniazerbaycan.com

10Источники