RU

Kirkin qətlində əli olanların tapılmasına kömək edəcək məlumata görə 100 min dollar təklif olunur

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Federal Təhqiqat Bürosu (FTB) sağçı fəal Çarli Kirkin qətlində əli olanların müəyyən edilməsinə kömək edəcək hər hansı məlumat üçün 100 min dollara qədər mükafat təklif edib.

Oxu.Az bildirir ki, bu barədə FTB-nin "X" sosial şəbəkə hesabında məlumat verilib.

"FTB Çarli Kirkin qətlinə görə məsuliyyət daşıyan şəxsin (şəxslərin) müəyyən edilməsinə və saxlanmasına gətirib çıxaracaq məlumata görə 100 min dollara qədər mükafat təklif edir", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, siyasi fəal sentyabrın 11-də Yuta universitetində çıxışı zamanı snayper atəşi ilə öldürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
2
oxu.az

3Источники