"OPEC+" ölkələri avqust ayında neft hasilatını gündəlik 529 min barel artırıblar.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında qeyd olunur.
Bununla belə, onlar könüllü azalmalar və kompensasiyalar nəzərə alınmaqla plandan gündəlik 321 min barel geri qalıblar.
Rusiya avqustda planlaşdırılan hasilatdan gündəlik 86 min barel, Səudiyyə Ərəbistanı isə 47 min barel az neft hasil edib. Geriləməyə, həmçinin plandan gündəlik 300 min barel geri qalan Meksika, Azərbaycan (gündəlik -94 min barel) və İraq (gündəlik -30 min barel) təsir edib.
Normadan çox neft hasil edən ölkələr arasında Qazaxıstan (plandan gündəlik 282 min barel çox) və Nigeriya (50 min barel çox) yer alıb.
Bundan əvvəl "OPEC+" ölkələri oktyabrda tələb olunan sentyabr səviyyəsindən gündəlik 137 min barel çox xammal hasil etmək qərarına gəliblər. Qərar dünya iqtisadiyyatının sabit perspektivi və əlverişli bazar şəraiti nəzərə alınaraq qəbul edilib ki, bu da aşağı neft ehtiyatları ilə təsdiqlənir.