Kamerun millisinin qapıçısı Andre Onana şəxsi təyyarə ilə Trabzona gələrək yerli “Trabzonspor” klubuna transferini tamamlamağa hazırlaşır.
90deqiqe.Az-ın "Puskas Sports"a istinadən məlumatına görə, hələlik Qara dəniz təmsilçisinin rəsmi sosial şəbəkə hesablarında futbolçunun keçidi ilə bağlı açıqlama verilməyib.
Daha əvvəl kamerunlu qolkiperin “Mançester Yunayted”dən ayrılmasına səbəb olan amillərlə bağlı xəbərlər yayılmışdı.
Xatırladaq ki, “Trabzonspor” son dəfə Türkiyə çempionluğunu 2022-ci ildə qazanıb. Klub ölkənin şimal-şərqində, Qara dənizin sahilində yerləşən Trabzon şəhərini təmsil edir və “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş”la birlikdə Türkiyənin “böyük dördlüyü”nə daxildir.