RU

Musiala, Devis və İtonun "Bavariya"nın heyətinə nə vaxt qayıdacağı məlum olub

"Bavariya" üç zədəli futbolçunu heyətə qaytarmağı planlaşdırır.

İdman.biz bildirir ki, Camal Musiala, Alfonso Devis və Hiroki İto noyabrda heyətə qayıdacaqlar.

Məlumata görə, hər üç futbolçu hələ meydana çıxmaqdan uzaq olsalar da, aktiv bərpa mərhələsindədirlər.

Musiala iyulun 5-də "PSJ" ilə Klublararası Dünya Kuboku matçında zədələnib. Devis mart ayında Kanada millisində oynayarkən zədə alıb, İto isə apreldə "Sankt-Pauli" ilə oyunda sağ ayaq sümüyünün sındırıb.

İdman.biz

Избранный
77
1
idman.biz

2Источники